Böyük Britaniyada müsəlmanlara qarşı başlayan iğtişaşlar bir çox ölkələri tədbirli davranmağa məcbur edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən həftə İngiltərədə başlayan və bütün ölkəyə yayılan millətçi qrupların zorakılığı səbəbindən Avstraliya vətəndaşlarına müraciıt edib.

Avstraliya Xarici İşlər Nazirliyinin məlumatında Britaniya və Şimali İrlandiya səfər etməməklə yanaşı, orada yaşayan vətəndaşlarına tədbirli olmaları tövsiyyə olunub: "İğtişaşlar və zorakılıq səbəbindən etiraz aksiyalarının keçirildiyi ərazilərə getməyin...".

Xatirladaq ki, iyulun 29-da İngiltərənin Southport şəhərində 17 yaşlı müsəlman terrorçu bıçaqla məktəbə hücum edib. O, 3 uşağı öldürüb, 8-i uşaq olmaqla 10 nəfər isə yaralayıb. Bundan sonra ölkədə dağıdıcı, insan ölümü və yüzlərlə yaralanması ilə nəticələnən iğtişaşlar başlayıb. 

Samir Musayev

MİA.AZ