Ötən həftə Rusiya və 77 ölkə arasında Ankarada həyata keçirilən məhbus mübadiləsində sərbəst buraxılan rusiyalı sənətçi Türkiyə kəşfiyyatının (MİT) mənsublarına heyran olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus həbsxanalarında 26 nəfərin qarşılıqlı mübadiləsini əhatə edən son dövrün ən sensasion məhbus mübadiləsi çərçivəsində ikisi uşaq olmaqla 10 nəfər Rusiyaya, 13 nəfər Almaniyaya, 3 nəfər isə ABŞ-a təhvil verilib.
Mübadilə edilənlər arasında Rusiya tərəfindən azad edilən müharibə əleyhdarı rus sənətçi Saşa Skaçilenko da olub.
Mübadilə anını haqda ilk dəfə danışan sənətçi bildiirb ki, hər şey onlardan xəbərsiz olub: "Proses o qədər sürətli aparıldı ki...
Məni qəfil gəlib həbsxanadan çıxaranda, heç bir izah verilmədi. Avtobusa mindiriləndə, güllələnməyə aparıldığımı düşündüm. Ancaq bizi təyyarəyə gətirdillər. Nə baş verdiyini bilmirdik. Təyyarə Ankaraya enərkən bizi uniformalarında türk bayraqlı MİT əməkdaşları qarşıladı. Onlar çox ciddi və sərt duruşlu idilər. Türk kəşfiyyat işçiləri çox ciddi idi. Türk seriallarının personajları kimi həm də çox şux və yaraşıqlıdırlar. Onlar qulaqcıqları və soyuq duruşu ilə rus kəşfiyyat işçilərindən fərqlidir. Onların hamısı çox qəşəng idi, həqiqətən təsiredici bir an idi...".
Samir Musayev
MİA.AZ