Baqladeşdə müstəqillik savaşında iştirak edənlərin ailələri üçün xüsusi güzəştli ictimai iş sahəsi üzrə 30 faizlik kvota ayrılmasından sonra qərarın əleyhdarları ölkəni yanğın yerinə çevririb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son iki gündə paytaxt başda olmaqla, böyük şəhərlərdə dövlət obyektləri, binaların çoxu yandırılıb, minlərlə dükan və ticarət mərkəzləri talan olunub, təkcə dünən paytaxtda yaşanan iğtişaşlarda 173 nfər öldürülüb.

Məlumata görə, digər şəhərlərdə isə 90-dan çox insan həyatını itirib.

Ölkənin "Dhaka Tribune" nəşri yazır ki, Baş nazir Şeyx Hasinanın Hindistana qaçmasına və keçid hökumətinin qurulacağı haqda bəyanat verilmnəsinə abxmayaraq, səhərədək talan və yanğınlar davam edir: "Hazırda Banqladeşin hər yanı böyük tonqalları xatırladı. Hər yerdə vahimə, talan var. Çox yerdə etirazşılarla polis arasında qanlı tyoqquşmna gedir. Təık bir küçədə polislə atışma, qruplar arasında toqquşmalar və talanlar zamanı 78 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb...".

Yerli ppolis isə bildirib ki, Şerpur şəhərində etirazçılar tərəfindən ələ keçirilən həbsxanadan 500-dən çox məhbus qaçıb.

Xatırladaq ki, tələbələrin rəhbərlik etdiyi etirazlar iyulun ortalarında Banqladeşdə 1971-ci ildə Müstəqillik müharibəsində iştirak edənlərin övladlarına ictimai kvotaların verilməsi qərarından sonra başlayıb. 

Firudin Səfərli

MİA.AZ