Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) baş katibi Altay Əfəndiyevlə görüşüb.

Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Biz GUAM çərçivəsində birgə layihələrin inkişafı ilə bağlı səmərəli söhbət apardıq. Əməkdaşlığa və Ukraynaya dəstəyə görə minnətdarıq”, – paylaşımda qeyd olunub./Report