Beynəlxalq sistem artıq iflas edir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) baş qərargahında keçirilən İnsan Haqları Təhsil Proqramında çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq siyasi sistemdə ciddi boşluqlar var: “Bu, hər ötən gün daha çox görünür. Və bizi narahat edir. Qan, insan ölümü artıq adi hala çevrilir”.
R.T.Ərdoğan söyləyib ki, dünyada baş verən hadisələrdən, o cümlədən Rusiya-Ukrayna müharibəsindən, Suriya hadisələrindən lazımi nəticə çıxarılmır: "Dünya siyasəti ən sərt döngələrdən birini dönür"./Report