İrəvanın “Zvartnots” hava limanında xidmətini başa vuran Rusiya hərbçiləri Ermənistanın Türkiyə və İranla sərhədinin mühafizəsinə cəlb olunub.

Bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

“Ermənistan və Rusiya arasında 1992-ci ildə bağlanmış müqaviləyə əsasən, Ermənistan-Türkiyə və Ermənistan-İran hissələrində dövlət sərhədinin mühafizəsi Rusiya FTX Sərhəd Xidmətinin hərbçiləri tərəfindən həyata keçirilir”, - məlumatda bildirilib.

Bununla belə, MTX hava limanında xidmət edən Rusiya sərhədçilərinin sayını açıqlamaqdan imtina edib./Report