İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin xarici işlər nazirləri avqustun 7-də fövqəladə iclas keçirəcək.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən qərargahında keçiriləcək iclasda İsrailin Qəzzadakı savaşı, HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi və İranın suverenliyinin pozulması kimi hallar müzakirəyə çıxarılacaq.
Firudin Səfərli
MİA.AZ