"Biz hələ də atəşkəs razılaşmasının Qəzzadakı müharibəni bitirmək üçün ən yaxşı yol olduğuna inanırıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi deyib.
O, "Fox News"a müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahunun savaşla bağlı ABŞ prezidenti Co Baydenə hər gün məlumat verib-vermədiyi barədə sualı şərh etməkdən yayınıb. Lakin o, savaşın nə vaxt bitəcəyinəbelə cavab verib: "İlk əvvəl atəşkəs olmalıdır. Biz hələ də atəşkəs razılaşmasının bu müharibəni bitirəcək ən yaxşı yol olduğuna inanırıq. Bu, mümkündür".
Kirbi ardında bildirib ki, İsrailin özünü müdafiə etmək haqqı var: "İsrail bunun üçün lazım olanı edir"
Ağ Ev rəsmisi İran təhlükəsinə qarşı İsrailə əlavə hərbi dəstək göndərməyə hazırlaşdıqlarını da sözlərinə əlavəı edib.
Firudin Səfərli
MİA.AZ