Cənubi Afrika Respublikasında insan alverçilərinə qarşı əməliyyat keçirilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Afrika polisi açıqlama yayıb.

Açıqlamaya görə, pul qarşılığında qaçırılan Efiopiya vətəndaşının xilas edilməsi üçün Yohannesburqda bir binada həyata keçirilən əməliyyatda 90 efiopiyalı qurtarılıb: "Onlardan bəziləri işgəncədə ağır xəsarətlər aldıqlarından xəstəxanalara göndərilib. Cinayətkar dəstənin iki üzvü tutulub, digərləri isə axtarışdadırlar..."

Firudin Səfərli

MİA.AZ