Nigeriyanın cənubundakı İmo əyalətində bir kəndə silahlı hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə əyalətin polis rəisi  Aboki Danjuma açıqlama verib.

O, Onuimo bölgəsinə naməlum şəxslər tərəfindən silahlı hücumun həyata keçirildiyini təsdiqləyib: "Təəssüf ki, hücum zamanı silahlı dəstələr 8 nəfəri öldürüb, çoxlu sayda yaralı var. Hazırda bölgəyə əlavə hərbi qüvvələri yönəldilrilib, hadisə ilə bağlı əməliyyat və araşdırmalar başlayıb"

Xəbərdə deyilir ki, belə hücumlar Nigeriyanın cənubundakı separatçı Biafra Yerli Xalqları (IPOB) adlı qruplaşma tərəfərindən tez-tez həyata keçirilir.

1967-ci ildə Biafra əhalisinin Nigeriyanın cənubunda müstəqil Biafra dövlətini qurmaq üçün üsyana qalxıb. Bu səbəbdən başlayan vətəndaş müharibəsində milyonlarla insan ölüb.

Tahir Şəlvəli

MİA.AZ