Azərbaycanlı jurnalist Əfqan Sadıqov Vətəninə ekstradisiya məqsədi ilə Tbilisidə saxlanılıb.
Oxu.az "Pirveli TV"yə istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Sadıqov 2024-cü ildən hədə-qorxu ilə pul tələb etdiyinə görə Azərbaycan hakimiyyəti tərəfindən axtarışa verilib.
Bildirilir ki, Azel.tv xəbər saytının baş redaktoru olan Əfqan Sadıqov 2023-cü ildə ailəsi ilə birlikdə Gürcüstana köçüb.
***
Hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkədə Azərbaycan hüquq-mühafizə orqanlarının Əfqan Sadıqovun barəsində cinayət işi başladığını yazıb: “Jurnalist hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunur. O, beynəlxalq axtarışa verilib. Azərbaycan tərəfinin sorğusuna uyğun olaraq, jurnalistin ekstradisiya ediləcəyi gözlənilir”.
MİA.AZ