İsrail əsgərləri bu gün Qüdsdə "Məscidül-Əqsa"nın önündə baş verənləri lentə almaq istəyən TRT-nin əməkdaşlarına zorakılıq edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əsgərlər hadisəni lentə almaq istəyən TRT-nin operatoruna hücum çəkiblər: "Nəticədə kameraman Ömər Avvad yaralanıb. Müxbir Mücahit Aydemirin telefonunu isə zorla alaraq döyülmçə səhnəsini siliblər. Daha sonra İsrail qüvvələri onlar ərazidən  uzaqlaşdırıblar".

Bildirilib ki, "TRT Haber"in işçiləri Şərqi Qüdsdəki Məscidül-Əqsada cümə namazı öncəsi İsrail qüvvələrinin namaza gələnlərə qarşı kobudluğunu lentə alırmışlar.

Ədliyyə naziri Yılmaz Tunç hadisəyə operativ raksiya verib. O, İsrail əsgərlərinin davranışını kskin qınayıb: "Hücum zamanı yaralanan TRT operatoruna tezliklə şəfa diləyirəm..."

Firudin Səfərli

MİA.AZ