Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Mia.az xəbər verir ki, bu məlumatı MSK sədri Məzahir Pənahov deyib.

Onun szölərinə görə, ümumilikdə 1 508 nəfər namizədlik üçün müraciət edib: "590 nəfər 22 siyasi partiyadan irəli sürülüb. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1191 nəfər isə imza vərəqələrini qaytarıb”.