İran prezidenti Pezeşkiyanın andiçmə mərasimində iştirak etdiyi Tehranda sui-qəsd nəticəsində öldürülən Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu gün Qətərə son səfərinə yola salınıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dəfndə bir çox müsəlman ölkələrindən rəsmilər qatılıblar.
Türkiyə mətbuatı yazır ki, mərasimə qardaş ölkədən Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, MİT müşaviri İbrahim Kalın, siyasi partiyaların nümayəndələri və millət vəkilləri qatılıblar.
İslam coğrafiyasından çoxlu rəsmilərin qatıldığı dəfn mərasimində HƏMAS Siyasi Bürosunun sədr müavini Xalid Məşəl və Dünya Müsəlman Alimləri Birliyinin sədri Əli Muhyiddin əl-Qaradaqi çıxış ediblər.
Cənazə namazından sonra Haniyənin cənazəsi təkbirlərin müşayiəti ilə məsciddən qəbiristanlığa aparılıb.
Firudin Səfərli
MİA.AZ