Yaponiyanın Naqasaki şəhərinin meri Şiro Suzuki İsrailin Yaponiyadakı səfiri Gilad Koeni bu il ABŞ-ın atom bombası hücumunda həyatını itirənlərin xatirəsini anma mərasiminə dəvət etməyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
Şiro Suzuki İsrailin Yaponiyadakı səfiri Gilad Koeni anma mərasiminə dəvət etməməsinin səbəbi Qəzzadakı vəziyyətdir: "Biz iyun ayında İsrailin Yaponiyadakı səfirliyinə dəvət məktubu əvəzinə, Qəzzada dərhal atəşkəsə çağıran məktub göndərmişdik. Lakin həmin məktubdan sonra heç nə dəyişmədi. Bu səbəbdən İsraildən mərasimlə bağlı məktub göndərmək ağır olardı. Biz bu mərasimi problemsiz keçirmək istəyirik".
İsrailin Yaponiyadakı səfiri Gilad Koen qərara operativ reaksiya verib: "Təəssüf. Naqasaki rəhbərliyi bu qərarla dünyaya yanlış mesaj göndərdi".
Xatırladaq ki, ABŞ-ın Yaponiyaya ikinci atom bombası hücumunda həyatını itirənlər hər il avqustun 9-da Naqasaki Sülh Parkında saat 11.02-də keçirilən ənənəvi mərasimlə anılır.
Zülfiyyə
MİA.AZ