İstanbulun Avcılar rayonunda mebel fabriki yanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cihangir məhəlləsində yerləşən Beysan Sənaye Sahəsində 7 hektar sahədə tikilmiş 3 mərtəbəli fabrik tamamilə kül olub.
Məlumata görə, gecə saatlarında binanın birinci mərtəbəsindəki elektrik panellərindən başlayan yanğın qısa zamanda 2 və 3-cü mərtəbələrdəki istehsal sexlərini ağuşuna alıb: "Nəticədə binada olan hər şey yanaraq istifadəsiz hala gəlib. Haızrda yanan binanın külləri üzərində soyutma işləri aparılır...".
Firudin Səfərli
MİA.AZ