“İsrail üçün qırmızı xətt yoxdur”

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın tələbi, Rusiya, Çin və Əlcəzairin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən  fövqəladə iclasda Fələstinin BMT-dəki daimi nümayəndəsinin müavini Feda Abdelhadi çıxışında deyib.

O, fələstinli mülki şəxslərin işğalçı güc İsrail tərəfindən hər gün daha çox qorxu, ağrı və itki ilə üzləşdiyinə diqqət çəkib: "Belə bir ərəfədə cənab Hnaiyəyə sui-qəsd olundu. Bütün Fələstin liderləri Haniyə sui-qəsdi ən sərt şəkildə qınayıb. Fələstində matəm elan edilib. İsrail beynəlxalq hüquq, diplomatiya və insan həyatına hörmətdənsə terror və şiddəti üstün tutur. İsrail üçün qırmızı xətt yoxdur. İsrailin pozmadığı heç bir qanun və ya qayda qalmayıb. Baxın, Fələstində uşaq, qadın, yaşlı - hər kəs İsrailin işğalçı ordusunun hədəfidir. Çünki onlar bilir ki, buna görə cəza almayacaqlar, o üzdən günü gündən daha da azğınlaşırlar"

Samir Musayev

MİA.AZ