HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrailə etiraz edən yüzlərlə insan Türkiyənin Batman şəhərində fəaliyyət göstərən " Starbucks" kofe şəbəkəsinin filialına hücum edib.
Mia.az Türkiyə mediasına istinadla bildirir ki, izdihamlı qrup stul, daş və dəyənəklərlə mağazanın şüşələrini, stol-stulllarını qırıb yararsız hala salıblar.
Məlumata görə, həmin anda "Starbucks"da oturan müştərilər qorxu içində qaçışıblar.
Tahir Şəlvəli
MİA.AZ