"Netanyahu bunu yaxşı bilir. O, Amerikanı girov götürüb. Əgər Livanla müharibəyə gedərsə, ABŞ-ın Netanyahunun arxasında döyüşməkdən başqa çarəsi yoxdur".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici işlər naziri Hakan Fidan sui-qəsddən saatlar əvvəl Tehranda İran prezidentinin andiçmə mərasimində HƏMAS lideri İsmayıl Haniyə ilə ayaqüstü görüşü barədə danışarkən deyib.

Nazir bildirib ki, İsrail bu sui-qəsdlə təkcə HƏMAS-a deyil, İrana da mesaj verib: "İran və İranı dəstəkləyən digər qrupların cavabının necə olacağını görəcəyik. Qaldı Haniyəyə sui-qəsdə, Fələstin xalqına və İslam dünyasına başsağlığı verirəm. Onun qətli ilə sülh də öldürdüklərini unutmasınlar".

Firudin Səfərli

MİA.AZ