Pakistan İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsini pisləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada terrorizmin bütün forma və təzahürləri lənətlənib: "Baş verən bu hadisə bizi dərindən sarsıtdı".
Bəyanatda daha sonra Pakistanın İsrailin bölgədə artan avantürizmindən ciddi narahat olduğu ifadə olunub: "İsrailin son hərəkətləri onsuz da qeyri-sabit olan bölgədə təhlükəli bir gərginlik yaradır. Baş verənlər sülh səylərinə zərbə vurur".
Zülfiyyə
MİA.AZ