İsrail ordusunun Livanın paytaxtı Beyrutun ötən gecəki hücumunda ölən və yaralıların sayı haqda yeni rəsmi məlumat yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Livan Qızıl Xaç Təşkilatının məlumatına əsasən, Hizbullahın qalası olaraq tanınan Dahiyedə bir binaya endirilən zərbələr nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı isə 80-ə yüksəlib.

Xatırladaq ki, İsrail ordusu hücumda "Hizbullah"ın 2-ci şəxsi Fuad Şükürünün öldürüldüyünü iddia edib. Qarşı tərəf isə bunu inkar edir.

Lamiyə Əhmədli

MİA.AZ