Ailəsi ilə Mersində tətil edən "Kurtlar vadisi"ndən daha çox tanınan "Muro" ləqəbli Mustafa Üstündağ Mədəniyyət və Turizm Nazirliyini "topa tutub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, nazirliyin bölgədəki mədəniyyət məkanların şirkətlərə həvalə etməsini, şirkətlərin isə burada hər şeyi avro ilə hesablamasına etiraz edib.

Mədəniyyət məkanlarına biletlərin avro ilə satıldığını bildirən məşhur aktyor bildirib ki, bölgədə "Cənnət-Cəhənnəm" adı verilən mağaraları ziyarət etmək istəyərkən xoş olmayan mənzərə ilə üzləşib: "Dünən Türkiyə Cümhuriyyəti vətəndaşı olaraq üzərimdə avro olmadığı üçün utandım. Mersinin avro zonasına bağlı olduğunu bilmirdim. Bunlar (əlindəki biletləri göstərir - Mia.az) oraya avro ilə satılan biletlərdir. Dünən "Cənnət - Cəhənnəm"də 435 lirəyə olan biletlər bu gün 550 lirə satılır. Çünki avro məzənnəs ilə hesablanır hər şey. Mədəniyyət və Turizm Nazirliyi buranı bir şirkətə təhvil verib...".

Ləman

MİA.AZ