Paris 2024 Olimpiya Oyunlarında Türkiyə ilə bir qrupda mübarizə aparan Dominikan Respublikasının yığmasında şok yaşanıb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Türkiyə ilə eyni qrupda mübarizə aparan adıçəkilən ölkə yığmasının ən önəmli oyunçusu Lisvel Eve dopinq səbəbiylə Olimpiadadan diskvalifikasiya edilib.

Xatırladaq ki, Türkiyə ilk oyununda Hollandiya ilə oyundan qalıb ayrılıb - 3:2.

Türkiyə ikinci oyununda - avqustun 1-də Dominikan Respublikası ilə qarşılaşacaq

Avqustun 4-də isə Türkiyə millisi İtaliyanı sınağa çəkəcək.

Fərid ASLAN

MİA.AZ