Çempionluq devizi ilə mövsümə inamla hazırlaşan və yay transfer dövründə heyətinə bir çox ulduz adını qatan "Fənərbağça" yeni aldığı futbolçulardan biriylə bağlı sürpriz qərar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, istanbul klubu 20 gün əvvəl "Fatih "Karagümrük"dən transfer etdiyi 23 yaşlı sol cinah oyunçusu Levent Mercanı satmağa klub axtarır.
Türkiyə mətbuatı yazır ki, "Fənərbağça" ilə 5 illik yeni müqavilə imzalayan futbolçunu baş məşqçi Joze Mourinyo istəmir: "Bu səbəbdən "Fatih Karagümrük"dən 2 milyon avroya transfer olunan Leventi satmaq və icarəyə vermək üçün sürətlə klub axtarışına başlanılıb".
Qeyd edək ki, ötən mövsüm uğursuz oyuna görə superliqadan aşağı liqaya düşən "Fatih Karagümrük"ün heyətində çıxış edən Levent 39 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.
Fərid Aslan
MİA.AZ