Türkiyədə bir rayonui içməli su ilə təmin edən göl sürətlə quruyur.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Tekirdağ şəhərinin Marmaraereğlisi rayonunu və ona bağlı bir çox kəndləri içməli su ilə təmin edən Türkmənli gölündə suyun səviyyəsi minimuma düşüb.

Şəhər su idarəsi əhaliyə xəbərdarlıq edərək bildirib ki, artıq göldə suyun səviyyəsi 7 faizə enib: "Bu isə o deməkdir ki, rayonun bəzi məhəllələrini içməli su ilə təmin edən, eyni zamanda suvarma üçün istifadə edilən Türkmənli gölü artıq qısa zamanda istismara dayanacaq. Bu səbəbdən əhalidən xahiş edirik, suyu həddən artıq qənaətlə istifadə etsinlər".

Samir Musayev

MİA.AZ