2016-cı ildə məşhur aktyor Kənan İmirzalıoğlu ilə ailə həyatı quran Sinem Kobal yeni filmə dəvət alıb.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, artıq onun "Her Şeyin Başı Merkuri" filminin çəkiliş meydançasından ilk fotosu da yayılıb.
Qeyd edək ki, "Her Şeyin Başı Merkuri" adlı film Ayşe Balibəyin "Hər Şeyin Başı Merkuri" kitabı əsasında çəkiləcək.
Kobal filmdə müharibə müxbiri olmaq arzusunda olan, lakin özünü jurnalda ulduz falı yazan kimi tapan qızın həyatını canlandıracaq.
Xatırladaq ki, Kənan İmirzalıoğlu ilə evləndikdən sonra iki qızı olan Sinem Kobal sonuncu dəfə 7 il əvvəl "Yüz Yüze" serialına çəkilib.
Ləman
MİA.AZ