Venesuelada prezident Nikolas Maduronun prezident seçkilərində yenidən qalib gəlməsinii müxalifətçilər qəbul etmir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, etirazçılar Maduronun qalib gəldiyi seçkinin nəticələrinin saxta olduğunu iddia edir və bu səbəbdən küçələrdə iğtişaşlara yol veriblər.
Məlumata görə, paytaxt başda olmaqla, bir çox iri şəhərlərdə aksiyaçılar dövlət obyektlərinə, yollara və digər ictimai infrastrukturlara böyük zyanlar vurblar, bəzi yerlərdə isə mülklər atəşə verilib: "Hadisələr zamanı 1 nəfər ölüb, 23 əsgər yaralanıb, 46 nümayişçi saxlanılıb".
Müxalifət lideri Maçado seçkidə qalib gəldiklərini iddia edib, əahlini aksiyaya səsləyib.
Venesuelanın Müdafiə naziri Vladimir Padrino Lopez isə aksiyaçıları hədələyib: "Ölkənin 2014, 2017 və 2019-cu illərin qaranlığına qayıtmasına icazə verməyəcəyik”.
Ölkənin Baş prokuroru Tarek Villiam Saab isə ictimai mülkə ziyan buranlar ahqda sərt tədbirlər görüləcəyini bəyan edib.
Firudin Səfərli
MİA.AZ