HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü İzzat ər-Rişk İsrailin baş naziri Binyamin Netanyahunu Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasına maneələr yaratmaqda ittiham edib.
Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə o, Telegram səhifəsində yazıb.
HƏMAS rəsmisi bildirib ki, Baş nazir razılaşma ilə bağlı İsrailin tərtib elədiyi təkliflər paketini qəbulunu şəxsən özü qəsdən yubadır: “Netanyahu şəxsən hər dəfə bir bəhanə ilə bu razılaşmanınqəbulunu ləngiudir. O, özlərinin tərtib elədiyi anlaşmaya hər dəfə bir bəhanə ilə əlavə şərt irəli sürür. Sözsüz ki, bu, prosesi uzatmağa və Qəzzadakı qərğını davam etdirməyə hesablanıb"
HƏMAS rəmsisi BMT və ABÇ-dan əvvəl alqışladıqları bu anlaşmanın yerinə yetirilməsinə dəstək istəyib.
Tahir Şəlvəli
MİA.AZ