Türkiyənin Xarici işlər naziri Hakan Fidan İndoneziyanın yeni prezidenti, eyni zamanda, müdafiə naziri Prabovo Subianto ilə görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankarada baş tutan görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin inkişafı yollarını müzakirə ediblər.
Hakan Fidan bu görüşdən sonra Cənubi Afrika Respublikasının xarici işlər naziri Ronald Lamola ilə telefon danışığı aparıb.
Görüş zamanı ikitərəfli münasibətlər və Qəzzadakı vəziyyət də müzakirə edilib.
Firudin Səfərli
MİA.AZ