MHP sədri Dövlət Baxçalı prezident Ərdoğanı Səddam Hüseynin taleyi ilə müqayisə edən İsrail XİN başçısı ilə Türkiyə Parlamentində (TBMM) çıxış etməkdən yayınan Fələstin prezidenti Mahmud Abbası "topa tutub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə partiya sədri sosial media hesabından paylaşım edib.

MHP sədri bildirib ki, İsrail xarici işlər nazirinin prezident Ərdoğanı hədəf alan, siyasi, tarixi və obyektiv faktlarla bir araya sığmayan alçaq sözlərini nifrətlə qınayır: "İsrail baş nazirinin və hökumətinin hansı qanlı və qaranlıq izlər olduğunu bütün dünya açıq şəkildə görür...".

TBMM-də çıxış etmək üçün Türkiyəyə dəvət edilən, lakin Türkiyəyə gəlməyən Fələstin Muxtariyyətinin sədri Mahmud Abbası da tənqid edən Baxçalı onu möəsuliyyətli olmağa və tarixi düşünməyə çağırıb: “Fələstin prezidenti Mahmud Abbas dərhal durduğu yeri, tarix və məzlumlar qarşısındakı məsuliyyətini dərk etməlidir. Türkiyə Böyük Millət Məclisinə dəvət olunmaq bir şərəfdir...".

MHP liderinin paylaşımnı aşağıda olduğu kimi təqdim edirik:

Samir Musayev

MİA.AZ