Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi qeydə alınıb.
Mia.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb.
Bildirib ki, Qüdrət Həsənquliyevin namizədliyi 36 saylı Xətai-Suraxanı seçki dairəsindən təsdiqlənib: "Bundan başqa, Elçin Mirzəbəylinin 90 saylı Ağsu, Niyaməddin Orduxanlının 50 saylı Abşeron 3-cü, Günel Məmmədovanın isə 109 saylı Qazax seçki dairəsindən namizədlikləri qeydə alınıb"