Türkiyə ordusu İraq və Suriyada növbəöti dəfə əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, İraqın şimalında "Pəncə-kilid" əməliyyatı bölgəsi ilə Suriyanın şimalında "Barış Pınarı" bölgəsində ümumilikdə 7 terrorçu məhv edilib:

"Əziz vətənimiz üçün terror və terrorçulara qarşı mübarizəni bütün gücümüzlə davam etdiririk! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında müəyyən edilən 3, Suriyanın şimalında isə 4 PKK/YPG terrorçusunu məhv edib. Əməliyyatlarımız bundan sonra da qətiyyətlə davam edəcək”.

Lamiyə

MİA.AZ