İsrail ordusunun Livana mümkün hücumu təhlükəsi ilə əlaqədar Beyrut Rafik Həriri Beynəlxalq Hava Limanına və oradan uçuşlar dayandırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, iyulun 28-i axşamdan başlayaraq bu saata qədər bütün uçuşlarıntəxirə slaınması barədə elanlar tablolarda əks olunub.
Xəbərdə deyilir ki, uçuşların bərpasının nə zaman mümkünlüyü bəlli deyil.
Livan dövlətinə məxsus "Middle East Airlines" hava şirkəti isə Beyrutdan bəzi uçuşları iyulun 29-u səhərə qədər təxirə saldığını açıqlasa da, hələki bərpa olunan reys yoxdur.
Xatırladaq ki, şənbə günü İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şams qəsəbəsində futbol meydançasına raket düşməsi nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb. Bundan sonra İsrail Livana qarşı güclü zərbələrə başlayıb.
Zülfiyyə
MİA.AZ