Venesuelada prezident seçkiləri başa çatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yükun nəticəni Venesuela Milli Seçki Şurasının sədri Elvis Amoroso açıqlayıb.
O bildirib ki, səslərin 80 faizi sayılıb və 10 namizədin mübarizə apardığı prezident seçkilərində hazırkı prezident Nikolas Maduro qalib gəlib: "İlkin nəticələrə görə, Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçilib. Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales 44,20 faizlə ikinci yerdədir".
Məlumata görə, alib gələn namizəd 2025-ci il yanvarın 10-da ölkənin yeni prezidenti kimi and içəcək.
Bu arada Maduro tərəfdarları Miraflores sarayının qarşısına toplaşıb, onlar sevinclərini nümayiş etdiriblər.
Zülfiyyə
MİA.AZ