Türkiyə Prezidenti, AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan Rizedə partiyasının üzvləri ilə görüşdə İsraillə sensasion ultimatum verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyənin müdafiə sənayesi ilə bağlı uğurlu kəşflərindən söz açıb.

Bildirib ki, Türkiyə daha da güclü olmalıdır: "Biz çox güclü olmalıyıq ki, İsrail Fələstinə indiki kimi davrana bilməsin. Necə Qarabağa, Liviyaya girdiksə, onlara da eynisini edərik. Edə bilməyəcəyimiz bir şey yoxdur. Sadəcə güclü olmalıyıq. ki, biz bu addımları ata bilək”.

Ərdoğan daha sonra deyib: "Müdafiə sənayesində idxal və ixracımız nə idi, hardan hara gəldik. Amma əziz qardaşlarım, bunların heç biri bizi aldatmasın. Çox çalışmalı, çox güclü olmalıyıq"

Prezident Ərdoğan daha sonra Fələstin prezidenti Mahmud Abbasın mövqeyini üstüörtülü qınayıb: "Bizim parlamentdə bir təbiyyəsizin biri - Yenidən Rifah Partiyasının üzvü çıxıb deyir ki, Mahmud Abbasa burada tribuna da danışmağa imkan yaradılmalıdır. Bu adamın kafası gedib gələn biridir. Sizə kim deyir ki, biz dəvət etməmişik Bu Parlamenti haqq yolunda olan hər kəsə açıqdır. Ancaq təəssüf ki, biz dəvət etsək də, Abbas müsbət cavab vermədi...".

Firudin Səfərli

MİA.AZ