"İsraildə stadiona hücum Livandakı Hizbullahı tərəfindən həyata keçirilib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson Colan Təpələrindəki Mejdal Şams qəsəbəsində futbol meydançasına atılan raketdən sonra Livanla İsrail arasında yaşanan gərginliyə münasibətdə deyib.
O, Livan və Hizbullahın inkar etməsinə baxmayaraq, İsrailin mövqeyini müdafiə edib: "Bu hücum Livandakı "Hizbullah" tərəfindən həyata keçirilib. Bu, onların raketi idi və nəzarətləri altında olan bölgədən atılıb. Hər kəs bu hücumu qınamalıdır"
Hazırda İsrail və Livan rəsmiləri ilə yaxın təmasda olduqlarını qeyd edən sözçü bildirib ki, ABŞ-ın İsrailə sarsılmaz dəstəyi davam edir: "Biz hazırda tərəflər arasındakı gərginliyi diplomatik yolla sakitləşdirməyə çalışırıq".
Lamiyə
MİA.AZ