İstanbulda separatçı terror təşkilatı PKK-nın təbliğatını aparanlara qarşı əməliyat keçirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İstanbulda Terrorla Mübarizə Şöbə Müdirliyi tərəfindən keçirilən əməliyyatla 18 şübhəli tutulub: "Onlardan 11-i haqda həbs qətimkan tədbiri seçilib. Onlar sosial mediada PKK-nın təbliğatını aparmaqda ittiham olunurlar".
Samir Musayev
MİA.AZ