"Beşiktaş"da iki futbolçu ilə vidalaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub Onur Bulut və Tayfur Bingöllə yollarını ayırıb.

Məlumata görə, ötən mövsümün fevralında klubla müqavilə imzalayan Onur Bulut 50 matçda meydana çıxıb.

 Təcrübəli sağ cinah müdafiəçisi 1 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib: "30 yaşlı futbolçu "Rams Başakşehir"lə anlaşıb. 

31 yaşlı Tayfur Bingöl Arda Turanın sükanı arxasında olduğu "Eyüpspor"a yollanıb".

Fərid

MİA.AZ