Malidəki "Tuareg" adlı üsyançı qruplaşma hökumət ordusu iə birgə hərəkət edən Rusiyanın məşhur Vaqner silahlı dəstəsinə sarsıdıcı zərbə vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün hökumətin "Malinin şimalındakı tuareg üsyançılarına ağır zərbə vurulub, onların 20-dən üzvü məhv edilib. Təəssüf ki, bizim də iki əsgərimiz həlak olub" açıqlamasına cavab olaraq, üsyançılar dəhşətli ölüm səhnəsi nümayiş olunan videogörüntü yayıblar.

Videogörüntüdə Əlcəzair sərhədi yaxınlığında 2 gündür davam edən toqquşmada üsyançıların deyil, hökumət ordusu və onu dəstəkləyən Rusiyanın müzdlu döyüşçülərindən ibarət "Vaqner" əsgərlərinin meyitləri nümayiş olunub.

Videodan görünür ki, üsyançılar "Vaqner" döyüşçülərini tələyə salaraq onların olduğu zirehli maşınları vurub, nəticədə maşınlar alovlanıb: "Alovlanan və digər maşında olan döyüşçülərdən 53 nəfəri elə hadisə yerində çıxan atışmada güllələnərək öldürülüb, bir neçə əsgər isə çıxan yanğında yanaraq ölüblər. Bununla yanaşı, üsyançılar "Vaqner"in 12 üzvünü əsir alıb və bununla bərabər, xeyli texnika və yanacaqdolu hərbi maşını  qənimət kimi ələ keçiriblər".

Samir Musayev

MİA.AZ