“Araz supermarket"də qurdlamış xurma satılır.

Mia.az-ın məlumatına görə, bu barədə Bakupost.az - a dünən marketdə alış-veriş edən alıcı bildirib.

Onun sözlərinə görə, 20-ci sahə dairəsi yaxınlığındakı "Araz" supermarketdə məhsulu 2.99 AZN-ə alıb evə apardıqdan sonra şübhələnib və xurma dənələrini bir-bir yoxlamağa başlayıb.

Alıcı qeyd edib ki, xurmalarda gözlə aydın seçilən ağ qurdlar aşkar edib. O, bununla bağlı görüntüləri də redaksiyamıza təqdim edib.

Məsələ ilə bağlı “Araz” supermarketinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ümidə Həsənova ilə əlaqə saxladıq.

O, məsələ ilə bağlı araşdırma aparılacağını və lazım gələrsə, həmin məhsulun satışdan yığışdırılacağını bildirib.

MİA.AZ