Türk kino tarixinin ən uzun sürən seriallarından biri olan "Çaqqallarla Dans 7" filminin çəkilişləri tamamlanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "SugarWorkz-TAFF Pictures"in prodüserliyi, Murat Şekerin rejissorluğu ilə çəkilən "Çaqqallarla Dans 7" filminin çəkilişləri İstanbul və İzmirdə aparılıb.

Məlumata görə, filmdə İzmirə gedən "Çaqqallar" bu dəfə dünya miqyasında gözəllik yarışmasının təşkilatçılığını öz üzərinə götürəcək. bir-birindən fərqli auskionlar və komediya səhnələri ilə zəngin olan 7-ci filmində "Çakallar"ın komandasına sürpriz adlar da qatılacaq.

Murat Şeker və Ali Tanrıverdinin yazdığı “Çakallarla dans  7” filminin aktyor heyətində Şevket Çoruh, Timur Acar, Murat Akkoyunlu, Didem Balçın, Toyqan Avanoğlu, Diren Polatoğulları, Rojda Demirer, Doğukan Polat, Ege Kökenli, Hakan Bilgin, Ceyhun Yılmaz yer alıb. 

Böyük maraqla gözlənilən film dekabrın 6-da nümayiş olunacaq.

Ləman

MİA.AZ