Türkiyənin İzmir şəhərinin Çeşmə rayonu ərazisində - Ege dənizində batmaq üzrə olan rezin qayıqdakı miqrantlar xilas edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Bildirilib ki, xilas olunan 44 miqrant şəhər Köç idarəsinə təhvil verilib. Onlar müvafiq sənədləşmələrdən sonra deport olunacaqlar.

Zülfiyyə

MİA.AZ