Yeni xidmət şirkətlərə korporativ cihazları vahid həll vasitəsilə effektiv şəkildə idarə etmək imkanı verir
İnnovativ məhsulları ilə müştərilərinin kibertəhlükəsizlik imkanlarını gücləndirməyi hədəfləyən Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini istifadəyə verir.
Mia.az-ın məlumatına görə, iş tapşırıqlarının məsafədən yerinə yetirilməsi məqsədi ilə əməkdaşlarını smartfon, planşet, əl terminalları və s. mobil cihazlarla təmin edən şirkətlər bu yenilikdən faydalana biləcək.
Yeni həll şirkətdə informasiya təhlükəsizliyinin qorunması, korporativ cihazlar üzərində mərkəzləşdirilmiş idarəetmə və nəzarət sistemi kimi bir çox üstünlükləri özündə cəmləşdirir. Bununla da “Mobil Cihazların İdarə Edilməsi” təşkilatda insan resurslarından səmərəli istifadəni təmin edir və ümumilikdə şirkətdaxili xərclərin optimallaşdırılmasına töhfə verir:
- Təhlükəsizlik: şirkət sirrinin qorunmasını təmin etmək üçün cihazın müəyyən funksiyalarının aktivləşdirilməsi/deaktivləşdirilməsi, cihaz itdiyi/oğurlandığı halda korporativ məlumatların cihazdan dərhal silinməsi və ya cihazın bloklanması imkanı;
- Nəzarət: mərkəzləşdirilmiş idarəetmə, lokasiya nəzarəti, eyni anda bir neçə cihazda müxtəlif əməliyyatlar icra etmək, istifadə hesabatlarını canlı izləmək, şirkət məlumatlarını (fayl, tətbiq və s.) asanlıqla yükləmək/silmək imkanı;
- Məsafədən idarəetmə: yarana biləcək nasazlıqların operativ şəkildə müəyyən edilməsi və aradan qaldırılması, şirkət siyasətinə uyğun olmayan istifadənin qarşısını almaq üçün cihazlara müxtəlif qaydaların tətbiq edilməsi.
Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell Biznes innovativ həlləri ilə abunəçilərinə rəqəmsallaşan biznes mühitində dəstək olmağa davam edəcək.
“Mobil Cihazların İdarə Edilməsi” haqqında ətraflı məlumat üçün: Cihazlarınızın təhlükəsizliyi və onlara nəzarət - "Mobil cihazların idarə edilməsi" | Azercell Biznes