"Rusiya dizelin ixracına qadağa qoymayacaq".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksandr Novak Moskvada jurnalistlərin sualına cavabda deyib.

O bildirib ki, Rusiyanın dizel istehsalının kafi səviyyədədir: "Ciddi miqdarda istehsal etdiyimiz və hazırda vəziyyət çox stabil olduğu üçün dizel ixracına qadağa qoymayaq niyətində dfeyilik"

Baş nazirin müavini benzin ixracına qoyulan qadağanın isə avqustun 1-də qüvvəyə minəcəyini də sözlərinə əlavə edib.

Nazir qeyd edib ki, Ukraynanın Rusiyada neft emalı zavodlarının PUA hücumu və kənd təsərrüfatı sektorunda tələbatın artması səbəbindən benzinin qiymətində artım olub: "Bu cür qiymət artımı ilə əlaqədar hökumət vaxtaşırı ixraca məhdudiyyətlər qoyur".

Lamiyə Əhmədli

MİA.AZ