Fəaliyyəti dayanan Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sabiq sədri Qələndər Muxtarlının başına iş gəlib.
Mia.az xəbər verir ki, bu barədə onun özü sosial media hesabında açıqlama yayıb.
Partiya sədrinin sözlərinə görə, bu günlərdə mağazalardan birinə kredit ödənişi həyata keçirən zaman bir rəqəm yanlışlıq edib: "Bilmədən başqa şəxsin adına ödəniş olundu. Əməliyyat "MPay" terminalı vasitəsi ilə edilmişdi. Telefonla təşkilat yetkilisi ilə əlaqə saxlayıb vəziyyəti anlatdım. "MPay" ASC Direktoru M.Z. Vəliyevin adına ərizə ilə müraciət etməm gərəkildiyini bildirdilər. Ərizəmin yazılışına, bəzi hərflərin aydın oxunmamasına, ərizənin foto sürətinin bir az əyri düşməsinə və. s kimi bir türlü bəhanələrlə gün ərzində 10-15 dəfə geri təkrar düzəlişərdən sonra, nəhayət, ərizəni, ödəniş çekini, şəxsiyyət vəsiqəsinin sürətini və.s. hamısını göndərəndən sonra ərizəmin qəbul etdilər".
Q.Muxtarlı yazır ki, 20 iyul 2024-cü il tarixindən bu günə kimi 1075889 kodunda bir rəqəmdə etdiyim yanlışlığı (yanlış olaraq 1075589 yazıb-Mia.az) 5 gündür düzəldə bilmirlər: "Hər gün gecikməyə görə mənə həm zəng gəlir həm də faiz. Mənə deyirlər ki, müraciətiniz qeydə alındı. 1-3 iş günü ərzində icra olunub əlaqə saxlanılacaq. Gözləməyiniz xahiş olunur. Lakin 5 gün keçib amma və lakin bir rəqəmi provayder 5 gündur düzəldə bilmir.
Dəyərli oxucu sizcə döğrudanmı belə bir qayda var? Və ya vətəndaşın, müştərinin bir yanlışlığı bu qədər süründürməçilik tətbiq edilməklə, başına oyun açmaqla müşahidə olunan bir "proses"ə çevrilməlidir?"
Samir Musayev
MİA.AZ