Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının namizədliyi DSK tərəfindən təsdiq edilib.
Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, 70 saylı Neftçala Seçki Dairəsindən namizəd olan T.Rüstəmxanlı artıq imzatoplama kampaniyasına başlayıb.
Vətəndaş Həmrəyliyi Partiyasının namizədi Tənzilə Rüstəmxanlı Yolçu qızının tərcümeyi-halını təqdim edirik:
28 noyabr 1960-ci ildə Ermənistanın (Qərbi Azərbaycan) Amasya rayonunda anadan olub.
Ailəsi 1969-cu ildə Ermənistandan Azərbaycanın Balakən rayonuna məcburi köç edib.
Moskva Koperasiya İnistutunun Bakı filialında təhsil alaraq iqtisadçı-maliyyəçi ixtisasına yiyələnib.
Daha sonra Bakı Dovlət Universitəsinin Filologiya fakültəsini bitirib.
2012-ci ildə Bakı Dövlət Universitetində “1914-1920-ci illər arasında Cənubi Qafqazda türk-müsəlman soyqırımı dövrü mətbuatda”mövzusunda elmi işini müdafiə edib, Filologiya üzrə Fəlsəfə doktorudur.
1980-ci ildən bu günə qədər Azərittifaq sistemində mühasib, baş mühasib vəzifələrində çalışıb, 1993-ci ildən Azərittifaq sədrin birinci müavinidir.
1992-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri olub, hazırda VHP sədrinin müşaviridir.
1996-ci ildə Azərbaycan Türk Qadınlar Cəmiyyətini qurub və onun sədridir.
2013-ci ildən “Azərbaycan-Türkiyə Evi Məddəniyyətin İnkişafına Dəstək İctimai Birliyi”nə rəhbərlik edir.
Dünya Azərbaycanlarının Konqresi həmsədrlərinin Türk dünyası üzrə müşaviridir.
Azərbaycan Diasporunun təşkilatlanmasına yardım və Azərbaycan həqiqətərinin dünyaya çatdırılması üçün Kanada, Belçika, Almaniya, İspaniya, Holandiya, Rumıniya, İsveç, Fransa, eyni zamanda Türk dünyasının əksər ölkələrində, Türkiyənin nüfuzlu universitetlərində elmi simpozim və konfranslar keçirib.
25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentin fərmanı ilə “Tərəqqi” medalı, 30 dekabr 2020-ci ildə “Şöhrət” ordeni, 2024-ci ildə “Heydər Əliyevin 100 iliyi” medalı ilə təltif edilib.
2018-ci ildə “Cumhuriyətin 100 illiyi” medalına layiq görülüb.
Bundan əlavə, başda Türk Dünyası Araşdırmalar Vəqfi olmaqla, Türkiyənin bir sıra nüfuzlu qurumlarının Türk Dünyasına xidmətlərinə görə ali mükafatları ilə təltif olunub.
Müxtəlif illərdə Azərbaycan-Türk Dünyası ictimai əlaqələrinin inkişafında göstərdiyi fədakar xidmətlərinə görə, “İlin Qadını”, “İlin vətənpərvər”i, “Azərbaycanın tanınmış ziyalısı”, “Azərbaycanın tanınmış xanımı”ı adlarına layiq görülüb.
XX yüzildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı ermənilərin törətdiyi vəhşiliklər və milli taleyimiz onun əsas araşdırma mövzusudur.
“Türk-müsəlman soyqırımı” (2009), “ Türkçülük yolunda” (2014), “İravandan Xocalıya” (2015), “İstiqlalın təməl daşları” (2023), “Üç qitədə izimiz”(2021) adlı kitabların müəllifidir.
Ailəlidir, iki övladı var.
Azərbaycan, türk, rus dillərini bilir.