«Azərsu» ASC Təhsil Nazirliyinin tabeliyində olan Bakı Texniki Kollecini məhkəməyə verib.

 Bu barədə Mia.az-a daxil olan məlumata görə, kollecin məhkəməyə verilməsinə səbəb su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcla bağlıdır.

 Məlumatda bildirilir ki, ASC-nin şikayətinə artıq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Valleh Ağayevin sədrliyi ilə  araşdırılır. Hakim ASC ilə kollecin borc davası üzrə iyulun 8- iclas saatı təyin edib.