Konqo Demokratik Respublikasının şərqindəki Şimali-Kivu əyalətində üsyançılar qətliam törədib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə Şimali Kivu əyalətinin administrasiya açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, əyalətin Lubero bölgəsindəki Ombele kəndində Demokratik Alyans Qüvvələri (ADF) adlı üsyançı qrup mülki şəxslərə  hücum edib: "Hücum nəticəsində ən azı 35 mülki şəxs həyatını itirib., onlarla yaralı var. Üsyançılar bununla kifayətlənməyiblər. Onlar  evləri qarət edib, onlarla şxsi də girov götürərək ərazidən qaçıblar. Hazırda onlara qarşı geniş miqyaslı əməliyyat başlayıb".

Xəbərdə deyilir ki, üsyançı qruplar tez-tez ibelə hücumlar edəərk qorxu saçır, daha sonra isə isanları qaçıraraq pul tələb edirlər.

Xatırlaadq ki, 1990-cı illərin sonundan Uqanda və Konqo Demokratik Respublikasında fəaliyyətə başlayan ADF Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Qurtuluş Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvlərinin bir araya gəlməsi ilə formalaşıb. O vaxtdan bu qrup minlərlə dinc sakin öldürüb.

Firudin Səfərli

MİA.AZ