"Ukraynanın dialoq və danışıqlara başlamaq mesajı Rusiyanın yanaşmasına uyğundur".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Çində bu gün "Rusiya ilə danışıqlara hazırıq" mesajına münasibətdə deyib.
Peskov Moskvada jurnalistlərə deyib ki, Rusiya bu mesaja müsbət yanaşır: "Biz müzakirələr aparmağa hazırıq. Hər hansı bir danışıqları geri çevirən deyilik. Rusiya hər zaman məsləhətləşmə prosesinə açıqlığını qoruyub. İndilikdə isə burada danışqılara başlamaq məsəıləsində bilmədiyimiz detallar var. Ona görə də əlavə açıqlamalar gözləyəcəyik".
Samir Musayev
MİA.AZ