Azərbaycanda iki gün əvvəl saxlanılan keçmiş diplomat Emin İbrahimovun nədə ittiham olunduğu məlum olub.
Lent.az-ın məlumatına görə, vəkil Aqil Layıc "Facebook" hesabında yazıb ki, ona Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221-cı (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.
"Emin hadisəni belə təsvir edir: "Xalqlar"da mənzilinin təmiri ilə bağlı evinə gedərkən, üstünə tanımadığı adam soxulub və paltarını cırıb. Üstündən saniyələr keçən kimi mülki geyimli polislər tərəfindən saxlanılıb və 24-cü polis bölməsinə aparılıb".
Vəkil həmçinin qeyd edib ki, E.İbrahimov birazdan Məhkəmə qarşısına çıxarılacaq.